Fabinyo Türkiyəyə gəlir

Türkiyənin "Trabzonspor" klubu yay transfer pəncərəsi dövründə daha bir ulduz futbolçunu heyətinə cəlb etməyə hazırlaşır. 

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Xarici KİV-in yazdığına görə, Qara dəniz təmsilçisi braziliyalı müdafiəçi Fabinyonun xidmətində maraqlıdır. "Trabzonspor" klubunun rəhbərliyinin bu keçidi reallaşdırmaq üçün Fabinyo ilə rəsmi danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, 33 yaşlı mərkəz mudafiəçisi uzun illər "Monako" və "Liverpul" kimi Avropa nəhənglərinin formasını geyinib. Fabinyonun şərəfini qoruduğu sonuncu komanda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu olub.

Türkiyə mediası "Trabzonspor"un misirli ulduzu Məhəmməd Salahın təcrübəli müdafiəçinin transferinde vasitəçi olduğunu yazıb.

Xatırladaq ki, Salah-Fabinyo cütlüyü 2018-2023-cu illərdə "Liverpul"un heyətində bir yerdə oynayıblar.