"Barselona" fransalı futbolçunu istəyir

Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Kastello Lukeba karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az "Goal.com" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 23 yaşlı müdafiəçi ilə maraqlanır.

Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik fransalı oyunçunun heyətə cəlb olunmasını istəyir.

Xatırladaq ki, Kastello Lukebanın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.