"Fənərbağça"ya pis xəbər

“Fənərbağça”nın ulduz futbolçusu Marko Asensio ilə bağlı azarkeşləri məyus edən xəbər gəlib.

Sportline.az Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniya millisinin üzvü Konya təmsilçisi ilə oyunda zədələnib. Qarşılaşmada komandasının 4:2 hesablı qələbəsinə böyük töhfə verən Asensio iki qolun ötürməsini edib və özü də bir dəfə fərqlənib.

Lakin görüşün gedişində zədə alan futbolçunun müayinəsi zamanı sol ayağının bud nahiyəsində əzələ gərilməsi və zədələnmə aşkarlanıb. Bu səbəbdən Asensionun ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

İspaniyalı yarımmüdafiəçi “Fənərbağça”nın “Lion”la səfər oyununda iştirak etməyəcək. Onun “Samsunspor”la matçı da buraxacağı gözlənilir.

Klubun futbol direktoru Oğuz Çətin Asensionun müalicəsinə başlanıldığını və futbolçunun “Beşiktaş”la derbiyə qədər hazır vəziyyətə gətirilməsinin hədəfləndiyini açıqlayıb.