“Sabahkı oyunu səbirsizliklə gözləyirik” - Velko Simiç

“Sabah”ın futbolçusu Velko Simiç Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"ə (Beer-Şeva) qarşı keçiriləcək cavab oyunundan öncə matç barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, serbiyalı futbolçu Bakıda keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiklərini bildirib:

"Sabahkı oyunu həyəcanla gözləyirik. Biz böyük komandayıq və qələbə qazanmağa çalışacağıq. Bu qarşılaşma üçün çox motivasiyalıyam. Vurduğum qollar mənə əlavə motivasiya verir. Mənim əsas vəzifəm daha çox qol vurmaq deyil. Əsas məqsədim komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qalib gəlməyimizə kömək etməkdir.

Bu stadionda oynamağı sevirik. İnanıram ki, sabah burada möhtəşəm atmosfer olacaq. Çoxlu qolla azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Xatırladaq ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.