Yoro "Mançester Yunayted"i buna görə seçib

"Lill"in 18 yaşlı futbolçusu Leni Yoronun "Real"ın deyil, "Mançester Yunayted"in təklifini dəyərləndirməsi maraqla qarşılanmışdı.

Sportline.az xəbər verir ki, seçimin maliyyə ilə bağlı olduğu ehtimal olunurdu.

Artıq bu məsələnin təfərrüatları məlumdur.

"Marca"nın məlumatına görə, "Real" istedadlı futbolçuya məvacib olaraq 2,5 milyon, "Mançester Yunayted" isə 9,5 milyon avro təklif edib.

Təkliflər arasındakı uçurum Yoronun İngiltərəyə üz tutması ilə nəticələnib.