Yunanlar Bakıya yüksək əhval-ruhiyyədə gəlirlər

Yunanıstan Super Liqasında 7-ci turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, UEFA Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq PAOK artıq oyununu keçirib.

Saloniki təmsilçisi evdə “İraklis”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın yeganə qoluna oyunun 3-cü dəqiqəsində Rodriqes imza atıb.

Qeyd edək ki, klublarla federasiya arasında fikir ayrılığına görə Yunanıstan Super Liqasının ilk iki turu təxirə salındığı üçün komandalar cəmi 5 oyun keçiriblər. PAOK-un hesabından isə 3 xal silindiyi üçün hazırda salonikililərin aktivində 8 xal var və onlar 5-ci pillədə qərarlaşıblar.