Yunus Akgün “Qalatasaray”ın təklifini rədd edib

"Qalatasaray" klubu müqaviləsi 2026-cı ildə bitəcək Yunus Akgünə yeni təklif irəli sürüb.

Sportline.az “Sports Digitale” nəşrinə istinadən  xəbər verir ki, Yunus Akgün və meneceri “Qalatasaray” rəhbərliyinin 40 milyon lirəlik yeni müqavilə təklifini rədd edib.

Yunus Akgün daha yüksək məvacib istədiyi bildirilir.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 4 qolla yadda qalıb.