Yunus Akgünə yeni təklif
“Qalatasaray” klubu 24 yaşlı futbolçusu Yunus Akgün üçün yeni müqavilə təklif edib.
Sportline.az “Trt Spor” kanalına istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəhbərliyi Yunus Akgünə 3 illik yeni müqavilə təklif edib. Yunus Akgün bu müqavilə təklifini qəbul etsə, illik 50 milyon lirə maaş alacaq.
Y.Akgünün hazır ki müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 6 qol və 1 asistlə yadda qalıb.