Yurgen Kloppun İngiltərədə ilk mükafatı

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşısı seçilib. SportLine.az xəbər verir ki, “mersisaydlılar”  ötən ay keçirdikləri 3 oyunun 3-də də qalib gəliblər. Həmin görüşlərdə “Liverpul” “Lester”i 4-1,  “Çelsi”ni 2-1,  “Hall Siti”ni 5-1 hesabı ilə məğlub edib. Maraqlıdır ki, Yurgen Klopp İngiltərədə bu mükafata layiq görülən ilk alman mütəxəssisdir.