Yurqen Klopp Salahla yaşanan münaqişə haqqında danışıb
Yurqen Klopp "Vest Hem" ilə oyunda Salahla yaşadığı münaqişədən danışıb.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, almaniyalı mütəxəssis məsələni həll etdiklərini bildirib.
Klopp "Sky Sports"a verdiyi müsahibədə "Məsələ tam olaraq həll olunub. Hər şey qaydasındadır. Biz bir birimizi çoxdandır tanıyır və hörmət edirik. Başqalarının dediklərinə fikir vermirik" deyə bildirib.
Daha əvvəl Klopp bu məsələ həqqında danışmaqdan imtina etmişdi. Misirli futbolçu isə "Əgər mən bu barədə nəsə desəm ortalıq yanğın yerinə çevriləcək" fikirlərini səsləndirmişdi.
Qeyd edək ki, son 2 oyunda xal itirən və çempionluqda olduqca uzaqlaşan "Liverpul" aktivindəki 75 xalla 3-cü sıradadır.