Yusuf En Nesri “Fənərbağça”da xoşbəxt deyil
Bu yay “Sevilya”dan 19.5 milyon avro qarşılıqında “Fənərbağça”ya transfer olunan Yusuf En Nesri klubdakı mövqeyindən narazıdır.
Sporline.az “Orgullobiri” saytına istinadən xəbər verir ki, oyunçu qışda klubdan ayrılmaq niyyətindədir.
Bu mövsüm əsas heyətdə yer almayan mərakeşli oyunçunun yenidən “Sevilya”ya qayıdacaqı gözlənilir.
Qeyd edək ki, Yusuf En Nesri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qolla yadda qalıb.