Yusuf En Nesri yenidən bu kluba qayıda bilər
“Fənərbağça” bu yay “Sevilya”dan 19.5 milyon avro qarşılığında transfer etdiyi Yusuf En Nesrini icarəyə verməyə hazırlaşır.
Sportline.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, bu mövsüm istənilən performansı göstərə bilməyən 27 yaşlı futbolçu Y.En Nesri yanvar ayında icarəyə verilə bilər.
“Vamossevilla” saytından verilən məlumata əsasən, oyunçunu “Sevilya” yenidən heyətinə qatmağa çalışdığı qeyd edilir.
“Fənərbağça”nın bu təklifi dəyərləndirəcəyi bildirilir.
Qeyd edək ki, Yusuf En Nesri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qolla yadda qalıb.