Yusuf En Nesri yenidən “Sevilya”da çıxış edə bilər

“Fənərbağça”nın mərakeşli futbolçusu Yusuf En-Nesri karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az “Fotomaç” qəzetinə istinadən xəbər verir ki, “Sevilya” sabiq futbolçusunu yenidən heyətinə qatmağı planlaşdırır. İspaniya təmsilçisinin rəhbərliyi Yusuf En-Nesri üçün “Fənərbağça”ya 22 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Fənərbağça” rəhbərliyi 27 yaşlı futbolçu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Yusuf En-Nesri yenidən “Sevilya”da çıxış etməyə müsbət yanaşır.