"Yuventus" Aleks Sandro ilə bağlı qərar verdi

"Yuventus" müdafiəçisi Aleks Sandro ilə müqavilənin müddətini uzatmayacaq.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Nikolo Skira X sosiaı şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, mövsümün sonunda futbolçu ilə yollar ayrılacaq. 

Braziliyalı müdafiəçinin vətəninə qayıdacağı gözlənilir.

Onunla Braziliyanın iki klubunun yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Sandro 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.