"Yuventus" Alleqrinin əvəzləyicisini tapıb

"Yuventus"un potensial baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, turinlilər Alleqri ilə vidalaşacaqları təqdirdə onu Tyaqo Motta ilə əvəzləyəcəklər.

Bu haqda jurnalist Alfredo Pedulla rəsmi saytında məlumat yayıb.

Onun sözlərinə görə, turinlilər "Bolonya"nın çalışdırıcısının işini yaxından izləməkdədirlər. 

Qeyd edək ki, Mottanın bolonyalılarla anlaşmasının müddəti mövsümün sonunda başa çatacaq.