"Yuventus" "Arsenal"ın futbolçusuna göz qoyub
"Yuventus"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu "Arsenal"ın polşalı futbolçusu Yakub Kiviyoru heyətinə qatmaq istəyir.
25 yaşlı müdafiəçinin dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, Kiviyorun "Arsenal"la sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.