"Yuventus" Fransa səfərinə yollanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Yuventus" səfərdə "Monako" ilə üz-üzə gələcək.

Heyətlərə nəzər saldıqda Turin klubunda əsas itki Duşan Vlahoviçin adı ilə bağlıdır.

Knyazlıq klubunda isə itkilərin sayı çoxdur. Erik Dayer, Lukas Hradeski, Vout Faes, Mohammed Salisu, Pol Poqba və Takumi Minamino görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Monako" - "Yuventus" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Oyunda söz sahibi ispaniyalı hakim Joze Maria Sançes Martinez olacaq.