"Yuventus" israrla onu istəyir
"Yuventus" "Selta Viqo"nun sağ cinah müdafiəçisi Oskar Mingezanı transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Romeo Aqresti məlumat yayıb.
26 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 22 matçda 1 qol, 3 asistlə yadda qalıb.
Qeyd edək ki, Oskar Mingeza "Barselona"nın yetirməsidir.