“Yuventus” “Sportinq”lə görüşə itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turuna bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, “Yuventus” “Allianz Stedyum”da “Sportinq”lə qarşılacaq.
Meydan sahiblərində itkilərin sayı kifayət qədərdir. Liod Kelli, Karlo Pinsoli, Qleyson Bremer, Xuan Kabral və Arkadüş Milik baş məşqçi Lusiano Spalletinin sərəncamında olmayacaq.
“Sportinq”də İvan Fresnada, Zeno Debast, Daniel Braqanza və Nuno Santos matçı kənardan izləməli olacaq.
Qeyd edək ki, “Yuventus” “Sportinq” oyunu bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.
Görüşdə son sahibi almaniyalı Daniel Zibert olacaq.