"Yuventus"da ciddi itki

“Yuventus”un itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Turin təmsilçisinin yeni transferi Kayo Jorje zədələnib. O, komandanın məşqində sıradan çıxıb. 19 yaşlı braziliyalı hücumçu azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
 
Qeyd edək ki, “Yuventus” Kayonu “Santos”dan (Braziliya) alıb. Onunla 5 illik müqavilə imzalanıb.