"Yuventus"da yeni müqavilə
"Yuventus" yaxın günlərdə Bremerlə müqaviləni yeniləyəcək.
Sportline.az xəbər verir ki, onunla 2028-ci ilədək anlaşma imzalanacaq.
Tanınmış jurnalist Fabrisio Romanonun X sosial şəbəkəsində paylaşdığı məlumatda tərəflərin razılığa gəldiyi bildirilir.
Yeni müqaviləyə əsasən futbolçunun məvacibi artırılacaq. Məbləğ hələ ki, açıqlanmır.
Qeyd edək ki, Bremer 2022-ci ildən "Yuventus"un şərəfini qoruyur.