"Yuventus"dan "Atletiko"ya

"Yuventus"un hücumçusu Moyze Kin karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, italiyalı futbolçu "Atletiko"nun formasını geyinəcək.

Jurnalist Alfredo Pedullanın sosial şəbəkədə yaydığı məlumata görə o, yeni komandasında icarə əsasında çıxış edəcək.

Madridlilərin 23 yaşlı forvard üçün 400 min avro ödəyəcəkləri bildirilir.

2021-ci ildən "Yuventus"da çıxış edən Kinin turinlilərlə 2025-ci ilədək müqaviləsi var.