"Yuventus"u ÇL-ə daşıyan qələbə

İtaliya A seriyasında 2020/21 mövsümə yekun vurulub. 
 
Sportline.az xəbər verir ki, çempion “İnter” son turda “Udineze” üzərində inamlı qələbə çalıb - 5:1. 
 
“Milan” “Atalanta”ya 2:0 hesabı ilə qalib gələrək 2-ci pilləyə yüksəlib. "Atalanta" isə 3-cü yerlə kifayətlənib. Hər üç komanda Çempionlar Liqasına vəsiqəni təmin edib. ÇL vəsiqə uğrunda son yer uğrunda "Napoli" və "Yuventus" mübarizə aparıb. Neapol təmsilçisi “Verona” ilə doğma meydanda keçirdiyi oyunda xal itirməklə (1:1) imkanı əldən verib. Əvəzində Turin klubu səfərdə “Bolonya”ya 4:1 hesabı ilə qalib gələrək ÇL-ə vəsiqə qazanıb.