"Yuventus"un brazilyalı futbolçusu klubdan ayrılır
"Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz bu yay klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
27 yaşlı futbolçu ilə "Vest Hem Yunayted" və "Aston Villa" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Duqlas Luiz üçün Turin klubu ən azı 30 milyon avro tələb edir.
Sözü gedən futbolçunun "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Xatırladaq ki, D.Luis İtaliya klubuna ötən ilin yayında "Aston Villa"dan 51.5 milyon avro qarşılığında transfer olunmuşdu.