"Yuventus"un əsas hədəfi

"Yuventus" yay transfer pəncərəsi üçün əsas hədəfini açıqlayıb.

Sportline.az xəbər verir ki, turinlilər "Atalanta"nın hücumçusu Kopmeynersi heyətə qatmaqda israrlıdırlar.

Bu haqda jurnalist Canluka Di Marsio rəsmi səhifəsində məlumat yayıb. 

Onun sözlərinə görə, "Yuventus" 25 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

2021-ci ildən berqamoluların şərəfini qoruyan yarımmüdafiəçi bu mövsüm 26 oyunda 7 qol, 4 asist müəllifidir.