Məşhur futbolçu İtaliyaya qayıdır

Leonardo Bonuççu karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Berlin "Union"unun müdafiəçisinin "Roma"nın hədəfində olduğu bildirilir.

Get Italian Football News-un yaydığı xəbər görə, tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu ilin sentyabr ayından Berlin təmsilçisinin formasını geyinir.

O, əvvəllər "Yuventus", "Milan" və "İnter" kimi İtaliya nəhənglərinin şərəfini qoruyub.