Zabit Səmədovdan karyerası ilə bağlı açıqlama

Peşəkar kikboksun müxtəlif versiyalarında dünya və Avropa çempionu Zabit Səmədov, karyerasını davam etdirəcək.

Sportline.az xəbər verir ki, təcrübəli idmançı, ilin sonlarında növbəti döyüşə çıxmağı planlaşdırır.

Zədə üzündən bir müddətdir ki, rinqdən kənarda qalan kikboksçu, hazırda bərpa prosesi keçdiyini bildirib. 

İlin sonlarına yaxın optimal formanı bərpa edəcəyini söyləyən Zabit Səmədov, rəqibin hələ tam dəqiqləşmədiyini vurğulayıb.