"Zadəgan" idi, "topçu" oldu

"Arsenal" "Çelsi"nin futbolçusu Jorjinyonu transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Arsenal" italyalı yarımmüdafiəçi üçün 12 milyon funt sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən "Çelsi"də çıxış edirdi. O, bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.