Zaniolo "Qalatasaray"dan ayrılacaq? AÇIQLAMA
"Qalatasaray"ın italiyalı ulduzu Nikolo Zaniolonun mövsümün sonunda klubdan ayrılacağı iddia olunurdu.
Sportline.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi məsələyə aydınlıq gətirib.
"Mövsümün sonunda getmək və ya təklif gözləmək kimi bir düşüncəm yoxdur. "Qalatasaray" azarkeşi möhtəşəmdir. Burada olmaqdan məmnunam".