Zaniolo üçün 4 klubdan təklif var
Ötən mövsümün ikinci yarısını "Fiorentina"da icarə əsasında keçirən Nikolo Zaniolo üçün 4 klubdan təklif var.
Sportline.az "Tutto Mercato Web" saytına istinadən xəbər verir ki, "Vilyareal", "Real Oviede", "Snderlend" və PSV Zaniolonu transfer etmək üçün hərəkətə keçib.
26 yaşlı italiyalı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 12 milyon avrodur.
Qeyd edək ki, Zaniolo geridə qalan mövsüm meydana çıxdığı 36 matçda 3 qol 3 asistlə yadda qalıb.
Onun "Qalatasaray"la sözləşməsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.