Zəlzələdə həlak olan futbolçu dəfn edildi

Türkiyədə baş verən zəlzədə həyatını itirənlərdən biri də futbolçu Kristian Atsu idi.

Sportline.az xəbər verir ki, qanalı futbolçu bu gün ölkəsində son mənzilə yola salınıb.

Qeyd edək ki, Kristian Atsu Türkiyə Süper Liqasında “Hatayspor” klubunun formasını geyinirdi.