"Zenit" baş məşqçi ilə bağlı qərar verdi

Rusiyanın "Zenit" klubu baş məşqçi Sergey Semakla yola davam edəcək.

Sportline.az bu haqda klubun direktorlar şurasının sədri Elena İlyuxina məlumat paylaşıb.

Onun sözlərinə görə sankt-peterburqlular mayın 25-də təcrübəli mütəxəssislə yeni - 5 illik müqavilə bağlayacaqlar.

Razılaşmaya əsasən Semakın məvacibi daha da artırılacaq.

Qeyd edək ki, 48 yaşlı baş məşqçi 2018-ci ildən çalışdırdığı "Zenit"lə 10 mükafat qazanıb.