"Zenit" baş məşqçi ilə müqaviləni uzadıb

"Zenit" basketbol komandası baş məşqçi Xaviel Paskualın müqavilə müddətini artırıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, ispaniyalı mütəxəssislə yeni müqavilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Paskual 2020-ci ildə "Zenit"ə keçib. 2021/2022 mövsümündə onun rəhbərliyi altında Sankt-Peterburq təmsilçisi Rusiya Liqasının çempionu olub.

Qeyd edək ki, 51 yaşlı çalışdırıcı daha əvvəl "Panatinaikos" və "Barselona" komadalarını çalışdırıb.