"Zenit" qazaxıstanlı futbolçu ilə müqaviləni uzadıb
"Zenit" mərkəz müdafiəçisi Nurali Aliplə müqaviləni uzadıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə yeni müqavilə 2027/2028 mövsümünə kimi nəzərdə tutulub.
Qazaxıstan millisinin futbolçusu 2022-ci ildə Sankt-Peterburq klubuna transfer olunub.O, klubla keçirdiyi 64 oyunda 1 qol vurub.Futbolçu "Zenit"lə 3 dəfə Rusiya Liqasının qalibi olub.
Qeyd edək ki, Alip daha əvvəl ölkəsində "Kayrat" klubunun formasını geyinib.