"Zenit"in futbolçusu millimizin heyətindən çıxarıldı
Bakıda təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın "Zenit” klubunun üzvü Jalə Məhsimovanın əvəzinə hazırlıq prosesinə Lamiyə Əlizadə (8-iOEUGiM) dəvət olunub.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində fevralın 18-də İspaniyanı, 23-də isə Moldovanı qəbul edəcək. Hər iki qarşılaşma "ASK Arena"da olacaq.