Zidanın "Real"dakı taleyinə aydınlıq gətiridi

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan vəzifəsindən uzaqlaşdırılmayacaq. Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, cari mvösümdəki nəticədən asılı olmayaraq komandanın sükanı arxasında qalacaq. Klub rəhbərliyi belə qərara gəlib. Xatırladaq ki, ötən mövsümün gedişində Benitesi əvəzləyən Zidan "Real"a Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının baş mükafatını qazandırıb.