"Zirə" bu gün yeni legionerlə müqavilə bağlayacaq

"Zirə" bu gün haitili futbolçu Donald Gerye ilə rəsmi müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, artıq Bakıda olan 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib.

Təcrübəli oyunçu "qartallar"la 1,5 illik sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib. O, hazırda Kiprin “Olimpiakos” klubunda çıxış edir.