“Zirə” “Hayduk”la heç-heçə razılaşıb
"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi “Hayduk”la heç-heçəyə razılaşıb.
Sportline.az xəbər verir ki, cari mövsüm avrokuboklarda ilk rəsmi oyununa çıxan Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 8-ci kilometr stadionunda rəqibi ilə 1:1 hesablı heç-heçə edib.
Bakı klubunun heyətində Brahim Konate (31) fərqlənib. Qonaqların heyətində isə Antoni Kalik (68) dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.