"Zirə" ilə qarşılaşmaya həyəcanlı başlamışdıq"

Xorvatiya təmsilçisi "Hayduk" "Zirə" ilə qarşılaşmaya həyəcanlı başlayıb.

Sportline.az xəbər verir ki, bunu "Hayduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"ylə ilk matçdan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis heç-heçə ilə başa çatan qarşılaşmanı şərh edib:

"Bizim üçün çətin oyun oldu. Qarşılaşmaya həyəcanlı başlamışdıq. Bu səbəbdən rəqib bizi matçın əvvəllərində cəzalandırdı. Lakin ikinci hissədə görüşdə nəzarəti ələ ala bildik. "Zirə"dən bu cür baxımlı oyun gözləyirdim. Komandanıza təhlükəli rəqib adını verə bilərəm. Doğma meydanda bu komandanı məğlub edib, növbəti mərhələyə adlamaq istəyirik".

O, iki görüşün nəticəsinə əsasən "Zirə"yə məğlub olacaqları təqdirdə bunu faciə hesab etmiyəcəklərini bildirib:

"Xeyr, futbolda məğlubiyyət var. Biz komandaya yeni gəlmişik. Nələrisə dəyşməyə çalışırıq".

Qeyd edək ki, 8-ci kilometr stadionunda baş tutan “Zirə” – “Hayduk” matçı bərabərə bitib - 1:1. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.