"Zirə" Macarıstan və Serbiya klubları ilə üz-üzə
"Zirə" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirəcək.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi əvvəlcə Türkiyədəki hazırlığı iki sınaq matçı ilə yekunlaşdıracaq. Macarıstanın 2-ci liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşacaq. Oyun saat 13:00-da başlayacaq.
Rəşad Sadıqovun komandası ikinci oyunda isə Serbiya Superliqası təmsilçisi “Radniçki" olacaq. Bu oyun saat 16:30-da start götürəcək.
Qeyd edək ki, "Zirə" Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2. "Zirə" sabah Bakıya qayıdacaq.