"Zirə" "Neftçi"yə qalib gəldi, "Sabah" "Turan Tovuz"la bacarmadı

Azərbaycan Premyer Liqasında VI tura bu gün yekun vurulur.

Sportline.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma olacaq.

"Zirə" doğma meydanda "Neftçi"ni qəbul edək. "Turan Tovuz" isə səfərdə "Sabah"ın qonağı olacaq.

Misli Premyer Liqası
VI tur
15 sentyabr (bazar)

"Zirə" – "Neftçi" - 2:0 
Qollar: Salifu Suma, 1, Rafael Utziq, 60

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İK stadionu

"Sabah" – "Turan Tovuz" - 2:2 
Qollar: Cesse Sekidika, 7, 46 // Roderik Miller, 35, Ayxan Hüseynov, 77

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena"