"Zirə"dən "Şamaxı"ya

"Zirə" klubunun və Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov "Şamaxı" komandasına keçəcək.

Sportline.az xəbər verir ki, hazırda 19 yaşlı mərkəz müdafiəçinin keçidi ilə bağlı tərəflər arasında danışıqlar tamamlanmaq üzrədir. Hüseynovun 1 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub.

Ötən gün "Zirə" Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Hüseynovun icarəyə verilməsi də bu transferdən sonra gündəmə gəlib.