"Zirə"nin hücumçusu əməliyyat olundu

"Zirə"nin futbolçusu Davit Volkov bu gün İstanbuldakı xəstəxanalardan birində əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a gürcüstanlı hücumçunun özü məlumat verib.

26 yaşlı forvard əməliyyatın uğurlu keçdiyini və özünü yaxşı hiss etdiyini bildirib. O, martın 1-də Bakıya qayıdacağını söyləyib.

Qeyd edək ki, Davit Volkov evdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XVII turunun oyununda zədələnib. Futbolçunun çiynində körpücük sümüyü sınıb. Onun təqribən 1 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Volkovla yanaşı, "Zirə"nin digər hücumçusu Filipe Paxtman da uzun müddətə sıradan çıxıb.