Sumqayıtda qalib müəyyənləşmədi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilir. Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. 

Açılış matçında Sumqayıtın eyni adlı komandası  “Zirə”ni qəbul edəcək. Bu duel Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizədə böyük önəm kəsb edir. Çünki hazırda 32 xalla “dördlüy”ü qapayan qonaqlar ən yaxın izləyiciləri olan meydan sahiblərini cəmi bir xal qabaqlayırlar. Bu isə o deməkdir ki, “Sumqayıt” qalib gələcəyi halda “Zirə”ni geridə qoyacaq.


Azərbaycan Premyer Liqası, XXVI tur
15 aprel (şənbə)

“Sumqayıt” – “Zirə” - 1:1
QOLLAR:
Mirabdulla Abbasov, 83 (1:0); Milan Duriç, 90+4 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
“Kapital Bank Arena”
İlk üç dövrə - 1:0, 1:0, 0:1

Standings provided by Sofascore LiveScore

Banner