Zirkzenin "Roma"ya keçidi gündəmdədir

"Roma" niderlandlı futbolçu Coşua Zirkzeni komandaya gətirmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

24 yaşlı hücumçu "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir.

Qeyd edək ki, Zirkze cari mövsüm meydana çıxdığı 16 matçda 2 qol, 1 asistlə yadda qalıb.