Zubimendi karyerasını İngiltərədə davam etdirəcək
“Real Sosyedad”ın ispaniyalı futbolçusu Martin Zubimendi “Arsenal”ın transfer hədəfinə çevrilib.
Sportline.az “Transferdot.com” saytına istinadən xəbər verir ki, “Arsenal” 25 yaşlı futbolçu üçün İspaniya klubuna 60 milyon avro təklif edib.
“Real Sosyedad” bu məbləğ qarşılığında Zubimendini satmağa hazırdır.
Qeyd edək ki, o cari mövsüm çıxış etdiyi 23 matçda 1 qol və 2 asistlə yadda qalıb.