"Araz-Naxçıvan"da istefa

Azərbaycan Premyer Liqasında baş məşqçi istefası reallaşıb.

Sportline.az xəbər verir ki, söhbət  “Araz Naxçıvan”ın çalışdırıcısı Azər Bağırovdan gedir.

Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə məğlubiyyətdən (1:2) sonra istefa qərarına gələn mütəxəssis bununla bağlı rəhbərliyə müraciət edib.

Qarşı tərəf isə onun müraciətini müsbət cavablandırıb.