Azərbaycan millisi İslamiadanın qalibidir!

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulacaq. SportLine.az xəbər verir ki, finaladək irəliləyən Azərbaycan seçməsi "qızıl"ın bir addımlığında Omanla üz-üzə gələcək. Bunadək keçirdiyi 4 oyunun ikisində qələbə qazanan və iki dəfə də heç-heçə edən Yaşar Vahabzadənin komandası azarkeşləri sevindirmək niyyətindədir. 

Kamerun səddini adlayaraq həlledici oyuna yüksələn Oman millisi də meydana məğlub olmaq üçün çıxmayacaq.

Bürünc medalların sahibi isə Əlcəzair - Kamerun duelində müəyyənləşəcək.


21 may 2017
Bakı-2017, FUTBOL

3-cü yer uğrunda oyun

Əlcəzair – Kamerun - 2:0


FİNAL

Azərbaycan – Oman - 2:1
QOLLAR:
Mahir Mədətov, 17 (1:0); Mahir Mədətov, 27 (2:0); Əl Yahyaei, 56 (2:1)