Həbib Nurməhəmmədova futbol klublarından təklif gəlib

Dünya şöhrətli MMA ustası, UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov futbolla yaxından maraqlanır.

Sportline.az xəbər verir ki, dağıstanlı idmançıya hətta peşəkar klublardan təklif də gəlib.

Bu haqda onun meneceri Rizvan Məhəmmədov söhbət açıb.

Onun sözlərinə görə, MMA karyerasını başa vuduqdan sonra Həbibə qrepplinqlə məşğul olmaq təklifi ilə yanaşı futbol sahəsindən də maraqlı təkliflər gəlib.

Amma, məşhur döyüş ustası həmin təklifləri müsbət cavablandırmayıb. 

Qeyd edək ki, peşəkar karyerası ərzində 29 döyüş keçirən Nurməhəmmədov bütün görüşləri qələbə ilə başa vurub.