İslamiada: Cüdoçularımızdan daha 4 medal

İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarındə fərdi çıxışlara yekun vurulub. SportLine.az xəbər verir ki, bu gün daha 4 Azərbaycan cüdoçusu mübarizə aparıb. Onlardan Məhəmmədəli Mehdiyev və Elxan Məmmədov qızıl, Elmar Qasımov və İrina Kindzerska gümüş medal qazanıb.

Beləliklə, cüdoçularımız fərdi yarışlarda komandamızın aktivinə 6 qızıl və 7 gümüş medal yazıdırıblar. Sabah isə cüdoçular komanda yarışında üz-üzə gələcəklər.


14 may 2017
Bakı-2017, CÜDO


Kişilər

90 kq

1/4 FİNAL. Məmmədəli Mehdiyev - Mixail Marçitan (BƏƏ)
1/2 FİNAL. Məhəmmədəli Mehdiyev - Batuhan Efemgil (Türkiyə)
FİNAL. Məhəmmədəli Mehdiyev Abderrahman Benamadi (Əlcəzair)

100 KQ

1/4 FİNAL. Elxan Məmmədov - Sultan Manian (Səudiyyə Ərəbistanı) 
1/2 FİNAL. Elxan Məmmədov - Viktor Demyanenko (Qazaxıstan)

1/4 FİNAL. Elmar Qasımov - Ali Erdoğan (Türkiyə)
1/2 FİNAL. Elmar Qasımov - Lyes Bouyakub (Əlcəzair)

FİNAL. Elxan Məmmədov - Elmar Qasımov

Qadınlar

+78 kq

Dairəvi sistem. İrina Kindzerska (Azərbaycan), Noelin Koro (Toqo), Sonia Assela (Əlcəzair)
FİNAL. İrina Kindzerska (Azərbaycan) - Kayra Sayıt (Türkiyə)